Bank Of Baku

Hüquq pozuntusuna yol verən, cinsi və fiziki zorakılığa məruz qalan uşaqlarla bağlı dəyirmi masa keçirilib

Hüquq pozuntusuna yol verən, cinsi və fiziki zorakılığa məruz qalan uşaqlarla bağlı dəyirmi masa keçirilib
# 26 oktyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Uşaq Hüquqları üzrə QHT Alyansı “Hüquq pozuntusuna yol verən uşaqlar, cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar, küçə uşaqları və müəssisələri tərk edən uşaqlar” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada Uşaq Hüquqları üzrə QHT Alyansı, UNİCEF, “Save Children”, “Dünyaya Baxış”, Black Sea Trust Fondu, ACİ-YF və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə BMT-nin Uşaq Hüquqları Komitəsinə göndəriləcək "Azərbaycanda uşaqların vəziyyəti və Uşaq Hüquqları Konvensiyasının icrası" ilə bağlı alternativ QHT hesabatı müzakirə olunub. Uşaq Hüquq Klinikasının direktoru Nazir Quliyev bildirib ki, Azərbaycan 2005-ci ildən BMT-yə uşaq hüquqları ilə bağlı alternativ hesabatlar təqdim edir. Onun sözlərinə görə, Azərbaycandakı mövcud uşaq müdafiə sistemi reallıqlara cavab vermir: “Xüsusilə də küçə uşaqları, cinsi və fiziki zorakılığa məruz qalan uşaqlarla bağlı daha ciddi işlərin aparılmasına ehtiyac var. Təəssüf ki, Azərbaycanda fiziki və cinsi zorakılığa məruz qalan uşaqlar üçün heç bir reabilitasiya mərkəzi yoxdur. Ailədə belə zorakılıqlara məruz qalan gənc qızların əksəriyyəti gələcəkdə insan alverinin qurbanına çevrilirlər”.

N. Quliyevin sözlərinə görə, “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar yerli icra hakimiyyətlərində olan komissiyalar daha az sayda uşağı belə müəssisələrə yerləşdirməyə çalışırlar: “Əvvəllər bu uşaqlar dövlət uşaq müəssisələrinə yerləşdirilirdi, indi isə onların bir çoxu küçə həyat tərzinə yönəlir”. N. Quliyev deyib ki, alternativ QHT hesabatı gələn ay BMT-nin Uşaq Hüquqları Komitəsinə gələn ay təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR