Bank Of Baku

Azərbaycan və İran gəncləri arasında müxtəlif layihələr həyata keçiriləcək

Azərbaycan və İran gəncləri arasında müxtəlif layihələr həyata keçiriləcək
# 26 oktyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan və İran gəncləri arasında müxtəlif layihələr həyata keçiriləcək. APA-nın məlumatına görə, bu məsələ Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevlə Bakıda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustafəvi arasında müzakirə olunub.

İ. Babayev Azərbaycanla İran arasında bütün sahələrdə çox sıx münasibətlərin olduğunu deyərək bu il nazir Azad Rəhimovun İrana səfəri çərçivəsində gənclər sahəsində əməkdaşlığa dair Memorandum imzalandığını xatırladıb: “Gənclər arasında sıx münasibətlərin qurulması bizim üçün əsas vəzifələrdən biridir. Gənclər ölkənin gələcəyidir. İki ölkə gəncləri arasında münasibətlərin qurulması gələcəkdə ölkələrarası dostluğun möhkəmləndirilməsi deməkdir”.

M. Mustafəvi isə Azərbaycanı dost və qardaş ölkə adlandıraraq bildirib ki, İran vətəndaşları burada özlərini qəriblikdə hiss etmirlər: “Bunu əlaqələrin tarixi yaradır. Aramızı pozmağa yönəlmiş heç bir cəhd uğur qazana bilməz”. M. Mustafəvi hesab edir ki, gənclərin milli mentalitet sahəsində problemləri var. O, yeni ailə qurmuş gənclər arasında əxlaqi boşluğun olduğunu söyləyərək bu sahədə birgə layihələr həyata keçirməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR