Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov “Tiflisinin fəxri vətəndaşı” adına layiq görülüb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov “Tiflisinin fəxri vətəndaşı” adına layiq görülüb
# 26 oktyabr 2009 14:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən şəhər günlərində iştirak edib. Qoruq İdarəsindən APA-ya verdiyi verilən məlumata görə, M. Cabbarov Tiflis şəhər meriyası tərəfindən “Tiflisin fəxri vətəndaşı” adına layiq görülüb. Oktyabrın 26-da keçirilən mərasimdə M. Cabbarova fəxri fərmanı və Tbilisinin rəmzi açarını tanınmış gürcü müğənnisi Vaxtanq Kikabidze təqdim edib.

1979-cu ildə təsis olunan “Tbilisoba” – Tiflis şəhər günü tədbirləri 1988-ci ildən mütəmadi olaraq keçirilir. “Tiflisin fəxri vətəndaşı” adı ilə həmçinin məşhur gürcü bəstəkarı və müğənnisi Otar Ramişvili, əməkdar həkim Anton Mirakişvili, inquş yazıçısı və ictimai xadim İnna Kvazoi, Azərbaycanın əməkdar artisti Manana Caparidze və digər şəxslər təltif olunublar.

M. Cabbarovun Tiflis meri Georgi Uqulava və digər rəsmi şəxslərlə keçirilmiş görüşlərində son dövrlərdə İçərişəhərdə həyata keçirilən tədbirlər barədə geniş söhbət açılıb, Tiflisin köhnə hissəsində aparılan bərpa işləri, abidələrin mühafizəsi və ikitərəfli əməkdaşlıq baxımından əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR