Bank Of Baku

Ombudsmanın nümayəndələri İtaliyada keçirilən beynəlxalq tədbirə qatılıblar

Ombudsmanın nümayəndələri İtaliyada keçirilən beynəlxalq tədbirə qatılıblar
# 26 oktyabr 2009 20:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Ombudsman təsisatının nümayəndələri İtaliyada keçirilən beynəlxalq tədbirdən qayıdıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Avropa Şurası və Avropa Birliyi tərəfindən maliyyələşdirilən və AŞ İnsan Hüquqları üzrə Komissarının ofisi tərəfindən həyata keçirilən layihə çərçivəsində baş tutub.

Layihənin məqsədi Paris Prinsiplərinə cavab verən milli insan hüquqları institutları arasında şəbəkə yaratmaqla onların işinin səmərəsini daha da artırmaqdır. Layihə çərçivəsində növbəti tədbir İtaliyanın Padua şəhərində keçirilib. Padua Universitetinin İnsan hüquqları mərkəzinin, habelə AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş Direktorluğunun birgə təşkilatçılığı ilə “Tək və ya müşayiət olunmayan uşaqların milli insan hüquqları institutları tərəfindən müdafiəsi” mövzusunda keçirilən seminara Beynəxalq Ombudsmanlar İnstitutunun təmsilçiləri, AŞ-nin, Padua Universitetinin ekspertləri, İrlandiya, Xorvatiyanın Uşaq Hüquqları Ombudsmanları qatılıblar.

Azərbaycan Ombudsman təsisatını Aparatın hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi Faiq Ağayev və protokol sektorunun aparıcı mütəxəssisi Fərqanə Məmmədxanova təmsil ediblər. Onlar müzakirələrdə çıxış edərək Ermənistanın respublikamıza qarşı təcavüzü, bu təcavüz nəticəsində 20% torpaqlarımızın işğal edildiyini, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrildiyini, bunların 35 faizinin uşaqlar olduğunu vurğulayıblar. Eyni zamanda 2009-cu ilin ölkə prezidentinin fərmanı ilə Uşaq İli elan edildiyi, Müvəkkil E.Suleymanovanın insan hüquqlarının orta təhsil məktəblərində pilləli təhsili ilə bağlı təklifi və bununla əlaqədar Təhsil Nazirliyi ilə əməkdaşlıqda təhsil modullarının işlənib hazırlandığı, Müvəkkilin “Uşaqlar üçün Yararlı Azərbaycan” adlı Strateji Proqramın qəbul edilməsi, “Yuvenal Ədliyyə” proqramının işlənib hazırlanması, Uşaqların cismani cəzanın bütün formalarından qorunması haqqında Qanunun qəbul edilməsi, “Uşaqların cinsi zorakılıq və cinsi istismardan müdafiəsi” haqqında Avropa Konvensiyasının ratifikasiya edilməsi, 2009-cu ilin dövlət büdcəsində “Uşaq dostu büdcəsi”nin müəyyən edilməsi ilə bağlı təkliflər verdiyi diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR