Bank Of Baku

Almaniyada Azərbaycan iqtisadiyyatında və təhsilində keçid mərhələsi” mövzusunda konfrans keçirilib

Almaniyada Azərbaycan iqtisadiyyatında və təhsilində keçid mərhələsi” mövzusunda konfrans keçirilib
# 27 oktyabr 2009 07:01 (UTC +04:00)
Bonn-APA. Oktyabr;n 26-27-də Almaniyanın Bonn Universitetinin təşəbbüsü və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Bonn şəhərində “Azərbaycan iqtisadiyyatında və təhsilində keçid mərhələsi” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Nord Reyn Vestfaliya federal torpağının Təhsil Nazirliyinin, DAAD-nin, Almaniyanın digər universitetlərinin təmsilçiləri, media nümayəndələri, eləcə Almaniyada təhsil alan azərbaycanlı aspirantlar və tələbələr iştirak ediblər. Azərbaycanı konfransda təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nazir Misir Mərdanov Azərbaycanda təhsilin beynəlmiləlləşdirilməsi, Bolonya prosesi barədə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Bundan başqa Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar və əldə edilmiş uğurlar, təhsil sahəsində Almaniya ilə əməkdaşlığın rolu, Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə aqrar sahədə həyata keçirilmiş islahatlar və sairə mövzular ətrafında çıxışlar ediblər. Konfransda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov konfrans iştirakçılarına iqtisadi və təhsil sahələrində Azərbaycanla Almaniya arasındakı əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Konfrans işini işçi qruplarında davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR