Bank Of Baku

Naxçıvan MR Ali Məclisində “donuz qripi” ilə bağlı müşavirə keçirilib

Naxçıvan MR Ali Məclisində “donuz qripi” ilə bağlı müşavirə keçirilib
# 27 oktyabr 2009 08:02 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində bölgədə “donuz qripi” virusuna qarşı profilaktik tədbirlərin aparılması ilə əlaqədar müşavirə keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, müşavirədə Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov, təhsil naziri Piri Nağıyev, Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov və digər vəzifləi şəxslər çıxış ediblər. Çıxışlarda “donuz qripi” virusuna qarşı həyata keçirilən profilaktiki tədbirlər barədə məlumat verilib.
Tədbirin sonunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “donuz qripi” virusunun muxtar respublika ərazisinə keçməsinin qarşısının alınması üçün müvafiq orqanlara tapşırıqlar verib. Qeyd olunub ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsi İran və Türkiyə ilə gömrük-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilməli, idxal olunan ərazaq məhsullarının keyfiyyəti yoxlanmalı, virus daşıyıcısına şübhəli bilinənlərin gömrük-keçid məntəqələrindən birbaşa stansionar yoxlama müəssisələrinə göndərilməsini təmin etməli, bölgəyə gələn nəqliyyat vasitələrinin dezinfeksiyası daha da gücləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR