Bank Of Baku

“Şəmkir arxeologiyası” internet saytının təqdimatı keçirilib

“Şəmkir arxeologiyası” internet saytının təqdimatı keçirilib
# 27 oktyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında yaradılan “Şəmkir arxeologiyası” internet saytının (www.shamkir-archeo.az) təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, bu, arxeologiya sahəsinə aid Azərbaycanda yaradılan ilk internet saytıdır: “Arxeologiya ilə bağlı əldə edilmiş elmi nəticələrin geniş oxucu kütləsinə çatdırılmasına böyük ehtiyac var. Xüsusən də indi, Azərbaycan mədəni irsini özgəninkiləşdirmə meylləri artdığı zamanda ölkəyə məxsus qədim mədəniyyət nümunələrin dünyada təbliği böyük fayda verə bilər”.

Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynov isə bildirib ki, son zamanlar ölkənin QHT sektorunda canlanma əmələ gəlib. Son zamanlar QHT-lər Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı olan layihələrə maraq göstərirlər. V. Hüseynovun sözlərinə görə, fəaliyyətdə olduğu dövrdə QHT-lərin İnkişafına Yardım Fondu 400-dən çox layihənin maliyyələşdirilməsində iştirak edib.

Qeyd edək ki, sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Sayt kateqoriya və bölmələrdən, video gorüntülərdən və rəsm əsərlərindən, məlumat səhifəsindən və arxeoloji tapıntıların fotolarından ibarətdir. Bölgədə aparılan arxeoloji tədqiqatların nəticələri mütəmadi olaraq internet saytda yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR