Bank Of Baku

ARDNŞ qaz oğurluğu hallarının qarşısının almaq məqsədi ilə tədbirlərə başlayıb

ARDNŞ qaz oğurluğu hallarının qarşısının almaq məqsədi ilə tədbirlərə başlayıb
# 27 oktyabr 2009 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi qaz oğurluğu hallarının qarşısının almaq məqsədi ilə tədbirlər həyata keçirməyə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tədbirlər planına uyğun olaraq, Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən kənd və qəsəbələrdə əvvəllər həyətlərdə və mənzillərdə quraşdırılmış məişət qaz sayğacları küçəyə çıxarılır. Belə ki, 16 saylı Təmir Tikinti İdarəsi tərəfindən Nardaran qəsəbəsində 1 048 abonentdən 1 045-nin, Nizami Rayon Qaz İstismar Sahəsi, «LTTQ» və «Elşən İnşaat» Təmir Tikinti İdarələri tərəfindən isə Keşlə qəsəbəsində 5 102 abonentdən 377-nin fərdi yaşayış evlərində quraşdırılmış qaz sayğacları küçəyə çıxarılıb. Analoji tədbirlər Bakının Zirə, Binə, Kürdəxanı qəsəbələrində də davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR