Bank Of Baku

Gələn ay Azərbaycana “donuz qripi”nə qarşı ilk vaksin partiyası gətiriləcək

Gələn ay Azərbaycana “donuz qripi”nə qarşı ilk vaksin partiyası gətiriləcək
# 27 oktyabr 2009 13:41 (UTC +04:00)
ÜST tərəfindən bəzi ölkələrə təmənnasız olaraq 300 mln. doza vaksin preparatlarının ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin paylanacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, pandemik qripə qarşı vaksinin birinci hissəsinin bu ilin noyabr ayında paylanması gözlənilir.

ÜST-ün son məlumatlarına əsasən, dünya üzrə 415 minə yaxın laborator təsdiq olunmuş AH1N1 virus qripi (“donuz qripi”) ilə xəstə qeydə alınıb və 5 min nəfər bu xəstəlikdən ölüb. İnsanlar arasında bu xəstəliklə bağlı əsas itkilər Amerika qitəsində yerləşən ölkələrin payına düşür. Bu regionda xəstələnənlərin artıq 2,3 faizi dünyasını dəyişib. Avropa regionunda xəstələnmiş 63 min nəfərdən 261 nəfər (0,4%) ölüb.

Bu ilin iyul ayında Azərbaycanda 2 xaricdən gətirilmə (Fransa və İngiltərə) A H1N1 qripi qeydə alınıb. Virus qripi qeydə alındığı gündən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirlər gücləndirilib.

Qrip xəstəliyinin diaqnostikası üçün müasir laboratoriya, xəstələrin müalicəsində zəruri olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunda mənfi təzyiqli bokslar təşkil edilib. A H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasında PSR üsulu ilə laborator müayinələr aparılır. Xəstəliyin müalicəsində istifadə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR