Bank Of Baku

Azərbaycanda əhalinin 7-8 faizinə “donuz qripi”nə qarşı vaksin vurulacaq

Azərbaycanda əhalinin 7-8 faizinə “donuz qripi”nə qarşı vaksin vurulacaq
# 27 oktyabr 2009 14:06 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, buna səbəb vaksinin istehsalının çox olmamasıdır. Məhz bu səbəbdən də vaksin Azərbaycana hissə-hissə gətiriləcək.

V. Qasımovun sözlərinə görə, Səhiyyə Nazirliyi vaksinin vurulacağı prioritet qrupları müəyyənləşdirir: “İlk növbədə xəstələrlə daim təmasda olan həkimlərə vaksinlər vurulacaq. Daha sonra sərhəddə, gömrük məntəqələrində işləyən şəxslər, beynəlxalq uçuşların heyəti vaksinasiya olunacaqlar. Ola bilsin, hansısa yaş həddində olan məktəbli uşaqlar da bu prosesə cəlb olunsunlar. Bu proses ölkəyə nə qədər vaksin göndəriləcəyindən asılıdır”.

Qeyd edək ki, ÜST tərəfindən bəzi ölkələrə təmənnasız olaraq 300 mln. doza vaksin preparatlarının ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin paylanacaq. Pandemik qripə qarşı vaksinin birinci hissəsinin bu ilin noyabr ayında paylanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR