Bank Of Baku

Müharibədən zərər çəkənlər üçün Təlim Peşə Məktəbi inşa olunacaq

Müharibədən zərər çəkənlər üçün Təlim Peşə Məktəbi inşa olunacaq
# 27 oktyabr 2009 14:07 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Azərbaycanın Tərtər rayonunda Qarabağ müharibəsindən zərər görmüş rayonların sakinləri, eləcə də mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ailələrin üzvləri üçün Təlim Peşə Məktəbi inşa olunacaq. BU, ABŞ Dövlət Departamentinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Rayon İcra Hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində reallaşacaq. Bu gün Tərtər şəhərində sözügedən məktəbin təməl qoyma mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və ABŞ Dövlət Departamentinin Silahların ləğvi və qadağan olunması üzrə hərbi-siyasi işlər idarəsinin əməkdaşı Debora Netland, həmçinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları iştirak ediblər. BAMF-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Təlim Peşə Məktəbi istifadəyə hazır olduqdan sonra burada kiçik biznesin inkişafı, tingçilik, çörəkçilik və çörək məmulatlarının istehsalı, reklam-dizayn, rəngsazlıq və xalçaçılıq sənəti üzrə biliklər tədris olunacaq. Müəssisədə xüsusilə cəbhəyanı rayonların sakinləri, o cümlədən mina və partlamamış hərbi sursatlardan zərərçəkmiş şəxslərin ailə üzvləri təhsil alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR