Bank Of Baku

Tovuz – Böyük Qışlaq – Qaralar avtomobil yolu yenidən qurulur

Tovuz – Böyük Qışlaq – Qaralar avtomobil yolu yenidən qurulur
# 27 oktyabr 2009 20:56 (UTC +04:00)
Tovuz. Cəmşid Bəxtiyar – APA. Tovuzun 43 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən strateji əhəmiyyətli Tovuz – Böyük Qışlaq – Qaralar avtomobil yolunun tikintisinə başlanılıb.
Tovuz Rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, yolun tikintisi üçün artıq rayonun daxili imkanları hesabına hazırlıq işlərinə start verilib. Bütünlükdə isə yolun tikintisi ölkə başçısının 7 oktyabr 2009-cu il tarixli xüsusi sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan (PEF) ayrılan vəsait hesabına aparılacaq. Tovuz Rayon İcra Hakimiyyətinə PEF-dən ilkin olaraq 5 milyon manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Tovuz – Böyük Qışlaq – Qaralar yolunun uzunluğu 50 km-dir. Yolun rayon mərkəzi ilə birləşdirdiyi yaşayış məntəqələrində 21 min əhali yaşayır. Həmin yaşayış məntəqələrindən 19-u sərhədyanı zolaqda yerləşən ucqar dağ kəndləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR