Bank Of Baku

Naxçıvan MR Təhsil Nazirliyi yeni inzibati binada fəaliyyət göstərəcək

Naxçıvan MR Təhsil Nazirliyi yeni inzibati binada fəaliyyət göstərəcək
# 28 oktyabr 2009 07:11 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə, açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.

Müasir standartlara uyğun şəkildə inşa olunan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Zirzəmi qatında mərkəzi istilik sistemi, qazanxana quraşdırılıb. 2-ci mərtəbədə 12, 3-cü mərtəbədə 13 iş otağı mövcuddur.

Binanın bir hissəsində Naxçıvan Şəhər Təhsil Şöbəsi fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR