Bank Of Baku

Gələn il Azərbaycanda pensiyalar artırılacaq

Gələn il Azərbaycanda pensiyalar artırılacaq
# 28 oktyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda gələn il pensiyaların baza hissəsinin artırılması və inflyasiya müşahidə olunduğu halda indeksasiyanın aparılması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

S.Müslümov iqtisadi böhran şəraitində bəzi MDB ölkələrində milli valyutanın devalvasiyası aparılıb və nəticədə, bu ölkələrdə pensiyalar artırmaq imkanı olmadığı üçün dəyərdən düşüb.

«Azərbaycanda isə manatın kursu stabil saxlanılıb və insanların aldıqları pensiyalar və digər ödəmələr öz dəyərini itirməyib. Nəticədə, devalvasiya yekununda baş verəcək itkilərə yol verilməyib və pensiyaların dəyəri azalmayıb», - deyə S.Müslümov vurğulayıb.

DSMF başçısı əlavə edib ki, qanunvericilikdə aparılan dəyişikliklər hesabına 2010-cu ildə pensiyaya çıxan vətəndaşların pensiya məbləğinin minimal həddi 90 manat, orta hesabla isə ölkədə yeni pensiyaya çıxan insanların müavinəti 150 manata yaxın olacaq.

Qeyd edək ki, hazırda minimal pensiya məbləği 75 manat, orta pensiya məbləği isə 105 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR