Bank Of Baku

Sədərəkdə əmək yarmarkası keçirilib

Sədərəkdə əmək yarmarkası keçirilib
# 28 oktyabr 2009 10:25 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikasında növbəti əmək yarmarkası Sədərək rayonunda təşkil olunub. Sədərək rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, 200-ə qədər vətəndaşın iştirak etdiyi əmək yarmarkasında 17 müəssisə və təşkilatdan 89 boş iş yeri çıxarılıb.
İş axtaran vətəndaşlardan 14 nəfərə iş üçün göndəriş verilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Naxçıvanda 3873 yeni iş yeri açılıb ki, bunun da 2796-sı və yaxud 72,2 faizi daimi iş yerləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR