Bank Of Baku

Astanada müasir Avrasiya inteqrasiyası prosesi müzakirə olunacaq

Astanada müasir Avrasiya inteqrasiyası prosesi müzakirə olunacaq
# 28 oktyabr 2009 10:31 (UTC +04:00)
Bakı-APA. Bu gün Astanada MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDB iştirakçı dövlətlərinin siyasi partiyalarının gənclər qanadının və gənclər təşkilatlarının liderlərinin görüşündə Azərbaycanı Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev , Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlham Mədətov təmsil edirlər. Tədbirdə Avrasiya məkanının gəncləri və müasir Avrasiya inteqrasiyası prosesi, millətlərarası anlaşma və tolerantlıq kontekstində Avrasiya ideyası kimi mövzular müzakirə olunacaq. İclas çərçivəsində həmçinin Qazaxıstanın xarici işlər naziri, elm və təhsil naziri, prezident administrasiyası rəhbərinin müavini və parlamentin üzvləri ilə görüşlərin keçiriləcəyi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan MDB iştirakçı dövlətlərinin Gənclərlə iş Şurasının üzvüdür. Tədbir 1 noyabr tarixinədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR