Bank Of Baku

Azərbaycanda pensiyaların təyinatı avtomatlaşdırılacaq

Azərbaycanda pensiyaların təyinatı avtomatlaşdırılacaq
# 28 oktyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda 2010-cu ilin birinci yarısında pensiyaların təyinatı avtomatlaşdırılacaq.

APA-Economics”in xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq insanların pensiya təyinatı üçün DSMF-nin şöbələrinə gələrək müraciət etməsinə ehtiyac olmayacaq.

Onun sözlərinə görə, pensiya yaşına çatan hər bir vətəndaş internet vasitəsilə fonda elektron məktub göndərərək pensiya hüququ əldə etdiyini bildirəcək və onun verdiyi məlumatlar yoxlanıldıqdan sonra pensiyası avtomatik olaraq hesablanacaq. Bu proseslə paralel olaraq fonddan banklara plastik kart sifarişi veriləcək: “Fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən avadanlıq quraşdırılıb. Gələn ildən başlayaraq hər ilin sonunda mərkəzləşdirilmiş avtomatlaşdırılmış internet sistemində olan hər bir pensiyaçının individual müavinətinin il ərzində ümumi məbləğini əks etdirən göstəricilər çap edilərək ona göndəriləcək”.

Bununla yanaşı, insanlar internet vasitəsilə fondun bazasına daxil olaraq sosial sığorta kartının nömrəsini daxil edib ona məxsus olan nə qədər məbləğin yığılması və vəsaitlərin hansı mənbələrdən daxil olduğu haqda məlumat ala biləcək. Bu avtomatlaşdırılmış sistemin tətbiqi nəticəsində insanların pensiya təyinatında iştirakı aradan qaldırılacaq və bu sahədə tam şəffaflıq təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR