Bank Of Baku

Azərbaycanda yüksək pensiya alanların məlumatları araşdırılacaq

Azərbaycanda yüksək pensiya alanların məlumatları araşdırılacaq
# 28 oktyabr 2009 11:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu gələn il ölkədə yüksək pensiya alanların məlumatlarını yenidən araşdıracaq. DSMF sədri Səlim Müslümovun sözlərinə görə, bu günə kimi artıq 100-ə yaxın yüksək pensiya alan pensiyaçıların işi ləğv olunub.

«APA-Economics»in məlumatına görə, hazırda Azərbaycanda 161 891 nəfər pensiyaçıdan 1000 manatdan yuxarı pensiya alanların sayı 680 nəfərdir, 300 manatdan yuxarı pensiya alanlar sayı 6700 nəfərdir, pensiyaçıların əsas hissəsi (60,4%) isə 75 manat (minimum) müavinət alır.

S.Müslümovun sözlərinə görə, pensiya işləri ləğv olunan insanlar məhkəməyə müraciət edərək pensiyalarının məbləğini yenidən bərpa edə bilərlər.

DSMF-nin Kollegiyasının qərarına əsasən, qeydiyyatda olduqları müəssisənin hesablama-ödəniş cədvəlində işçilərin imzaları yoxdursa, onların işləri ləğv ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR