Bank Of Baku

Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının işçi qrupunun ilk toplantısı keçirilib

Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının işçi qrupunun ilk toplantısı keçirilib
# 28 oktyabr 2009 12:44 (UTC +04:00)
Bakı-APA. Milli QHT Forumunun təşəbbüsü ilə Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının işçi qrupunun ilk toplantısı keçirilib. MQHTF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda məlum Sürix protokolları imzalandıqdan sonra regionda yaranan vəziyyət, Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginlik, Azərbaycan-Türkiyə QHT-ləri arasında əməkdaşlıq perspektivləri, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında dialoqun gücləndirilməsi, 29 oktyabr Cümhuriyyət Günü münasibətilə Şəhidlər Xiyabanında Azərbaycanın erməni-daşnak-bolşevik işğalından azad olunmasında vuruşaraq şəhid olan türk zabit və əsgərlərinin məzarlarının ziyarət olunması, İctimai televiziya vasitəsilə Azərbaycan-Türkiyə QHT-ləri arasında telekörpü yaradılması, yaxın gələcəkdə Türk Dövlətləri QHT-lər Forumunun keçirilməsi və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR