Səlim Müslümov: “Bundan sonra ölkədə nə həddən artıq yüksək, nə də cüzi məbləğdə pensiya alınacaq”
Qeyd edək ki, qanunda düzəlişlər pensiya yaşının artırılmasını, qadınlar üçün nəzərdə tutulmuş sosial imtiyazların azaldılmasını və pensiyaların yeni hesablama sistemi ilə təyin edilməsini nəzərdə tutur. Bu dəyişikliklər 2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin reallaşması çərçivəsində həyata keçirilir.
S.Müslümov qeyd edib ki, dəyişikliklərin əsas məqamı keçmiş dövrdə qazanılmış əmək pensiyasının məbləğinin yeni sistem üzrə müəyyən edilməsidir. Hazırda Azərbaycanda 167 891 nəfər insan pensiya alır, bunlardan 6700 nəfər (4%) 300 manatdan yuxarı pensiya alır və onların payına ümumi pensiya ödəmələrinin məbləğinin 20%-i düşür. Pensiyaçıların 75 manat alan (60,4%) əsas hissəsinin payına isə ümumi pensiya ödəmələri üzrə məbləğin 39%-i düşür. Nəticədə 10-15 il normal əmək fəaliyyəti olan insan özünə 2004-2005-ci illər ərzində yüksək məbləğdə əmək haqqı yazdıraraq 2-3 min manat, 40 il müəllim işləyən insan isə yekunda cəmi 75 manat pensiya alır ki, bu da hesablama qaydasının düzgün olmadığını bir daha sübut edir: “Yeni sistem üzrə hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər nə qədər əmək fəaliyyəti illəri varsa, hər il üçün 170 manat pensiya veriləcək, bu məbləğ illərin sayına vurulacaq və bundan sonra 2006, 2007, 2008, 2009-cu illərdə müşahidə olunan inflyasiya faizləri vurub artırılacaq və toplanmış məbləğ onun fərdi hesabında son dörd il ərzində toplanmış məbləğin üstünə əlavə olunacaq. Sonda ümumi məbləğ 144-də bölünərək sığorta hissəsi müəyyən və bu məbləğin üstünə ölkədə ki baza pensiyası əlavə olunacaq. Nəticə olaraq ölkədə nə həddən artıq yüksək, nə də 75 manat məbləğində cüzi pensiya alınacaq. Pensiyalar arasında fərq tarazlaşdırılacaq”. Bu prosesi həyata keçirmək üçün 2010-cu ildə DSMF-nin 10 milyon manatdan artıq əlavə vəsait xərcləməsi gözlənilir.
S.Müslümovun sözlərinə görə, əmək pensiyasını sənədləşdirmək üçün minimum sığorta stajının 5 ildən 12 ilə və imtiyazlı hallarda 10 ilə çatdırılması nəzərdə tutulur: “Hazırda Azərbaycanda pensiya sistemindən çıxan, yəni dünyasını dəyişən kişilərin orta yaşı 74,7, qadınlarda isə 75,8-dir. İndiki yaş həddində kişilər 12,7 il, qadınlar isə 18,8 il pensiya alırlar. Beləliklə, bəzən 5 il sığorta haqqı ödəmiş insan uzun illər pensiya alır ki, bu da müasir sığorta sisteminin fərdi uçot prinsiplərinə ziddir”.
Qadınlara verilən imtiyazlara gəldikdə, S.Müslümov qeyd edib ki, dünyanın bir çox ölkələrində 5 və daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilərkən ancaq 5 il güzəşt verilir. Azərbaycanda isə 5 uşağa görə 5 il güzəşt verilməklə yanaşı, həm də hər əlavə uşaq üçün yaş azaldılmaqla bir il də əlavə güzəşt nəzərdə tutulur. Beləliklə, əgər pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı salınır.
Sosial
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəbər Lenti
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB-2
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var