Bank Of Baku

Bu ilin 9 ayı ərzində Azərbaycanda qanunsuz dövriyyədən 1700 tondan yuxarı narkotik vasitə çıxarılıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda qanunsuz dövriyyədən 1700  tondan yuxarı narkotik vasitə çıxarılıb
# 28 oktyabr 2009 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu ilin 9 ayı ərzində Azərbaycanda qanunsuz dövriyyədən 1700 tondan yuxarı narkotik vasitə çıxarılıb. Gələn ay isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məhvetmə komissiyası narkotik vasitələrin məhvini həyata keçirəcək”. APA-nın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda da narkotiklərin qəbulu get-gedə cavanlaşmaqdadır: “Bu, bütün dünya üzrə gedən prosesdir. Dünyada da, Azərbaycanda da əsas problem narkotik vasitə olan marixuana istifadəçilərinin çoxluğudur. Əksər hallarda marixuanaya aludə olan insanlar ağır narkotiklərin qəbuluna keçirlər. Bununla əlaqədar olaraq heroin istifadə olunması, davranış pozuntuları və cinayətlər üzə çıxır ki, bu da cəmiyyətdə gərginlik yaradır”.
A. Əliquliyevin sözlərinə görə, narkotik istifadəçilərinin müalicəsi üçün narkoloji dispanserdə yeni müalicə üsulları istifadə olunur: “Dövlət Komissiyasının sədri Əli Həsənovun sərəncamı ilə narkotik istifadəçilərinin müalicəsində yeni üsulların genişləndirilməsi ilə bağlı işçi qrup da yaradılıb. Hazırda İşçi qrupda Azərbaycan Respublikasının narkotiklərlə mübarizə sahəsində milli strategiya layihəsinə baxılır və bununla əlaqədar təkliflər hazırlanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR