Bank Of Baku

“Donuz qripi” əleyhinə dezinfeksiya işləri uşaq bağçalarında və bölgə məktəblərində də aparılacaq

“Donuz qripi” əleyhinə dezinfeksiya işləri uşaq bağçalarında və bölgə məktəblərində də aparılacaq
# 28 oktyabr 2009 15:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Paytaxtın orta məktəblərinin şənbə və bazar günləri “donuz qripi” əleyhinə dezinfeksiya edilməsi yalnız bu xəstəliklə bağlı deyil, həm də mövsümi həyata keçirilən işdir. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Onun sözlərinə görə, təhsil müəssisələrində təkcə “donuz qripi” ilə bağlı deyil, “quş qripi” ilə bağlı da sanitar-gigiyenik tədbirlər həyata keçirilib. E. Qasımov bildirib ki, “donuz qripi” əleyhinə dezinfeksiya işləri təkcə orta məktəblərdə deyil, uşaq bağçalarında, bölgə məktəblərində və digər təhsil müəssisələrində də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR