Bank Of Baku

Ombudsman Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyinin nümayəndələrini qəbul edib

Ombudsman Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyinin nümayəndələrini qəbul edib
# 28 oktyabr 2009 15:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli və həmin birliyin İdarə Heyətinin üzvü, Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadəni qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüş zamanı yeni təsis olunmuş ictimai birliyin məqsəd və vəzifələri müzakirə olunub.

Ombudsman digər hüquqlarla yanaşı, hərbi qulluqçuların hüquqlarını da daim diqqətdə saxladığını bildirib. O, qarşılıqlı əməkdaşlığa hazır olduğunu deyərək bir sıra təkliflər irəli sürüb.

Qonaqlar səmimi qəbul, fikir mübadiləsi və faydalı təkliflərə görə ombudsmana təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR