Bank Of Baku

Naxçıvanda narkomaniya əleyhinə rəsm müsabiqəsi keçirilib

Naxçıvanda narkomaniya əleyhinə rəsm müsabiqəsi keçirilib
# 27 oktyabr 2009 22:15 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan MR Rəssamlar Birliyinin sərgi salonunda ali və orta ixtisas məktəbləri arasında “Narkomaniya əsrin bəlasıdır” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Naxçıvan MR Rəssamlar Birliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, müsabiqəni Naxçıvan MR Gənclər və İdman, Təhsil nazirlikləri, həmçinin Rəssamlar Birliyi birgə təşkil edib. 50-dən çox rəsm əsərinin sərgiləndiyi müsabiqədə ali və orta ixtisas məktəbləri arasında Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Parisa Rostami birinci, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Sadıq Qəhrəmanov ikinci, Aygün İsmayılova üçüncü yerə layiq görülüblər.

Ümumtəhsil məktəbləri arasında Culfa şəhər 1 saylı məktəbin şagirdi Gülsüm Məhərrəmova birinci olub.

Sonda qalib rəssamlara təşkilatçılar tərəfindən diplom və mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR