Bank Of Baku

Astarada qanvermə aksiyası keçirilib

Astarada qanvermə aksiyası keçirilib
# 28 oktyabr 2009 23:27 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara Mərkəzi Rayon Xəstəxanasında (MRX) qanvermə aksiyası keçirilib.

Astara MRX-dan APA-nın cənub bürosuna verilən məlumata görə, Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində 300-ə yaxın rayon sakini, o cümlədən yerli icra strukturlarının, idarə və təşkilatların işçiləri, habelə hərbi qulluqçular iştirak ediblər. Gün ərzində 10 litrdən çox qan toplanıb.

MRX-dan bildiriblər ki, tədarük edilən qan Respublika Qan Bankına göndəriləcək, laborator müayinədən sonra talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR