Bank Of Baku

Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib

Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib
# 28 oktyabr 2009 20:57 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Şirvanda “Vətəndaşların bələdiyyə seçkilərində hüquq və maraqlarının artırılması” mövzusunda seminar keçirilib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Adəm Hüseynov məlumat verib. Onun dediyinə görə, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə seminar-treninq keçirilib.

Mövzu ətrafında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Departament direktoru Qasım Qasımov çıxış edib. Daha sonra “İRƏLİ” İctimai Birliyinin ekspert təlimçisi Naqis Həmzəyev “Bələdiyyələrin təşviqat işlərinin təşkili” mövzusunda seminar-treninq iştirakçıları qarşısında məruzə edib. Seminar-treninqin işində bələdiyyə nümayəndələri, QHT-lər və gənc bələdiyyə üzvlüyünə namizədlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR