Bank Of Baku

“Təmiz Şəhər” ASC Balaxanı poliqonunu hasarlayır

“Təmiz Şəhər” ASC Balaxanı poliqonunu hasarlayır
# 29 oktyabr 2009 00:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun, Suraxanı və Qaradağ rayonları ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələrinin “Təmiz Şəhər” ASC-yə təhvil verilməsi başa çatdırılıb. Bu barədə «APA-Economics»ə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda Suraxanı və Qaradağ tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələrində tullantıları qəbul etmək imkanı olmadığından, əmələ gələn bərk məişət tullantıları Balaxanı poliqonuna daşınmalıdır.

“Təmiz Şəhər” ASC tərəfindən Balaxanı poliqonunun mənfi təsirlərini azaltmaq üçün hazırda poliqon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə başlanılıb. Poliqon ərazisində olan tullantıların alışması və tüstülənməsinin qarşısının alınması, əraziyə daxil olan bütün maşın və şəxslərin qeydiyyatı, qəbul olunan tullantıların uçot sisteminin tətbiqi, daxili yolların təmiri, ərazinin hasarlanması, mühafizəsi və s. həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan hökumətinin Dünya Bankının dəstəyi ilə həyata keçirdiyi “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin icrasına da başlanıb. Layihədə xarici ekspertlərin və məsləhətçi şirkətlərin iştirakı ilə poliqonların bərpası üzrə layihə sənədlərinin hazırlanması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR