Bank Of Baku

“Vətən çağırır” kitabının təqdimatı keçirilib - FOTO

“Vətən çağırır” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 28 oktyabr 2009 19:42 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 28-də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin ofisində hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının Qarabağ savaşına həsr edilmiş “Vətən çağırır” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub. 5 bölümdən ibarət olan bu kitabın I bölümündə müəllifin özünün bilavasitə iştirak etdiyi döyüş xatirələri, II bölümdə sənədli hekayələr, III bölümdə Qarabağ döyüşləri və döyüşçüləri, IV bölümdə fədakar jurnalistlər, V bölümdə publisist yazılar və müsahibələr öz əksini tapıb. Kitaba ön sözü əməkdar incəsənət xadimi Baba Vəziroğlu yazıb, redaktor isə Elnurə Qarayevadır.

Tədbirdə iştirak edən şair-publisist Oqtay Rza, QAT sədri Akif Nağı, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, ehtiyatda olan polkovnik Həsən Əmirov, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli və başqaları Roza Əliqızının kitabının bugünkü gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük təsiri olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR