Bank Of Baku

Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstanın Rustavi şəhərinə səfər edəcək

Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstanın Rustavi şəhərinə səfər edəcək
# 29 oktyabr 2009 08:16 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhərinin nümayəndə heyəti oktyabrın 30-dan noyabrın 2-dək Gürcüstanın Rustavi şəhərinə səfər edəcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Rustavi şəhərinin meri Mamuka Çikovaninin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti Rustavi şəhər rəhbərliyi ilə qarşılıqlı münasibətləri müzakirə edəcək. Sumqayıt nümayəndə heyəti həmçinin Rustavinin Şəhər günü münasibətilə təşkil olunmuş bayram şənliklərində iştirak edəcək.

Qeyd edək ki, Sumqayıt və Rustavi şəhərlərində əsasən ağır sənaye müəssisələri, iri metallurgiya və kimya zavodları yerləşir. Rustavi şəhərinin mərkəzi olduğu Kvemo-Kartli regionunun nümayəndə heyətinin 2007-ci ildə Azərbaycana səfəri zamanı şəhərlər arasında qardaşlıq əlaqələrinin bərpasına dair saziş imzalanıb, ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR