Bank Of Baku

Bəzi apteklərə qarşı cərimə sanksiyaları tətbiq edilib

Bəzi apteklərə qarşı cərimə sanksiyaları tətbiq edilib
# 29 oktyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin 10 ayı ərzində xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olmağa görə 116, son 3 ayda isə lisenziyasız əczaçılıq fəaliyyəti ilə məşğul olmaqla bağlı 119 fakt aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, səhiyyə nazirinin “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 saylı əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsinə qarşı İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən cərimə sanksiyaları tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR