Bank Of Baku

Quba rayonunda yenidən kütləvi şəkildə ilanlar peyda olub

Quba rayonunda yenidən kütləvi şəkildə ilanlar peyda olub
# 29 oktyabr 2009 13:08 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Quba rayonunun Almaz-qazmalar kəndində yenidən kütləvi şəkildə ilanlar peyda olub. APA-nın şimal bürosunun xəbərinə görə, ilanlar 6 ay bundan əvvəl aşkarlandığı ərazidə - Dostuyevlər ailəsinə məxsus həyətyanı sahədə dolaşmaqdadır. Bu ilin yazında görünən ilanlar yayın sonlarında gözdən istəsələr də indi, havaların soyuduğu günlərdə yenidən peyda olublar. Sakinlər bu günədək 100-dən çox ilan öldürsə də, onlar azalmaq bilmir. Bir neçə ay bundan əvvəl ilanlara baxış keçirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun əməkdaşı onların zəhərli olmadığını bildirib.

Kənd sakinlərinin məlumatına görə, ilanlar təkcə Dostuyevlər ailəsinə məxsus ərazidə deyil, daha 3 evin həyətdə aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR