Bank Of Baku

Səhiyyə Nazirliyi 7 özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağa qoyub

Səhiyyə Nazirliyi 7 özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağa qoyub
# 29 oktyabr 2009 13:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyinin əməkdaşları “Özəl tibb müəssisələrinə təşkilatı metodik köməkliyin göstərilməsi barədə” sərəncama əsasən, özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına baxış keçiriblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı 7 özəl tibb müəssisəsində bu proseduraların aparılmasında ciddi nöqsanlar aşkar edilib. Araşdırma aparılan özəl tibb müəssisələrində plazmaferez prosedurasına göndərilmiş xəstələrin xəstəliyi və diaqnozu barəsində heç bir məlumatın tərtib edilmədiyi, hər iki proseduranın aparılması barədə əməliyyat və qeydiyyat jurnallarının yaradılmadığı, kabinetdə dezinfeksiya və sterilizasiya qaydalarına düzgün əməl olunmadığı, birdəfəlik tibbi ləvazimatların istifadə olunduqdan sonra zərərsizləşdirilmədən ümumi məişət zibilxanasına atıldığı, proseduranı aparan həkimin lazımi ixtisas üzrə sənədlərinin olmadığı kimi nöqsanlar aşkarlanıb. Bununla əlaqədar olaraq həmin özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağan olunub. Nazirliyin tibbi yardımın təşkili şöbəsi tərəfindən proseduranın aparılmasına qadağan qoyulmuş özəl tibb müəssisələrinin rəhbərlərinə məktub göndərilərək nöqsanları aradan qaldırdıqdan sonra bununla bağlı Səhiyyə Nazirliyinə məlumat vermələri tələb olunub.

Qeyd edək ki, nazirlik plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağa qoyulan özəl tibb müəssisələrinin adlarını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR