Bank Of Baku

Balakəndə antik dövrə aid saxsı qablar tapılıb - FOTO

Balakəndə antik dövrə aid saxsı qablar tapılıb - <font color=red>FOTO</font>
# 29 oktyabr 2009 16:51 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə antik dövrə aid saxsı qablar tapılıb və alban məbədləri qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna tarixçi alım Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, rayonun Sarıbulaq və Gederovtala kəndləri ərazisində yerli sakinlər qazıntı işləri aparan zaman müxtəlif çeşiddə saxsı qablar tapıblar. A. Məmmədli yerli sakinlər tərəfindən tapılan qədimi saxsı qabları hazırda Balakən rayonunda arxeoloji kəşfiyyat işləri aparan Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) böyük elmi işçisi, arxeoloq Xəqani Alməmmədova təqdim edib və X. Alməmmədov tapılan qədim saxsı qabların antik dövrə aid olduğunu təsdiqləyib. A. Məmmədlinin APA-ya verdiyi digər məlumata görə, Balakən rayonunda arxeoloji kəşfiyyat işləri aparan arxeoloq X. Alməmmədov və A. Məmmədli rayonun Katex kəndi ərazisində “Baş axı” adlanan ərazidə antik və orta əsirlərə aid saxsı qablar və daha qədim dövrə aid mikrolitlər tapıb. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı rayonun “Təpəçöl” adlanan ərazisində kurqan və çox saylı alban məbədləri qeydə alınıb. Balakən rayonunda arxeoloji kəşfiyyat işləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR