Bank Of Baku

Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi münasibətilə bilik yarışı keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi münasibətilə bilik yarışı keçiriləcək
# 30 oktyabr 2009 02:22 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Gəncə şəhər Təhsil İdarəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə şəhərin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında bilik yarışları təşkil ediləcək.
Gəncə şəhər Təhsil İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, intellektual olimpiadalarda mövzular əsasən ekologiya və iqtisadiyyat sahələrini əhatə edəcək. Bundan əlavə, şagirdlərin sözügedən mövzularda hazırladıqları layihələrin təqdimatı olacaq. Yarışların noyabrın əvvəlində keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR