Bank Of Baku

Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 29 oktyabr 2009 21:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda qanvermə aksiyası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, humanitar tədbir zamanı 220 nəfər rayon sakini qan verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının qanköçürmə şöbəsinin müdiri Telman Zülfiqarov bildirib ki, toplanılan 100 litr qan laborator müayinədən sonra respublika Qan Bankına təhvil veriləcək və talassemiyalı, həmçinin hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, analoji aksiya bir gün əvvəl qonşu Astara rayonunda da reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR