Bank Of Baku

Sumqayıt Dövlət Universitetində elmi konfrans keçirilib

Sumqayıt Dövlət Universitetində elmi konfrans keçirilib
# 29 oktyabr 2009 22:43 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt Dövlət Universitetində “Monomerlər və polimerlər kimyasının müasir problemləri” adlı elmi konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Polimer Materialları İnstitutu və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində təşkil olunub.

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, tanınmış alimlər, elm adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Konfransda “Yeni nanotərkibli katalizatorların sintezi və bunlar əsasında nanoölçülü karbonun alınması”, “Funksionallaşdırılmış polipropilen və bentonit əsasında nanokompozitlərin hazırlanması”, “Allil efirlərinin kompleks-radikal polimerləşməsi”, “Optiki aktiv monomerlərin sintezi” və “Nanokimyəvi təhsil və nanokimyəvi tədqiqatlar” mövzuları ilə bağlı məruzələr oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR