Bank Of Baku

Xaldan-Şəki-Balakən magistral qaz kəmərində sızma baş verib, qaz verilişi dayandırılıb

Xaldan-Şəki-Balakən magistral qaz kəmərində sızma baş verib, qaz verilişi dayandırılıb
# 30 oktyabr 2009 08:36 (UTC +04:00)
Məlumata görə, bölgəyə mavi yanacağın verilməsi bu gün səhər saat 09.00 radələrindən dayanıb. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb olaraq Xaldan-Şəki-Balakən magistral qaz kəmərində qaz sızmalarının aşkar edilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları Xaldan-Şəki-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmalarını aradan qaldırmaq üçün təmir işlərinə başlayıb. Təmir başa çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR