Bank Of Baku

Sabah Naxçıvanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Sabah Naxçıvanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 30 oktyabr 2009 08:47 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birgə oktyabrın 31-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib. Məlumata görə, aprelin 1-dən avqustun 1-dək aparılan sənəd qəbulu zamanı 14 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 62 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd olunub ki, 3 sааt dаvаm еdən test imtahanında nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunacaq. Müsabiqə qaydalarına uyğun olaraq, test imtahanında 60 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR