Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müzakirələr gedir”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müzakirələr gedir”
# 30 oktyabr 2009 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında 7000-ə yaxın məcburi köçkün qalır. Demək olar ki, universitetin tələbələri bu yataqxanalarda yaşamırlar. Yataqxanasız universiteti necə təsəvvür etmək olar?”. APA-nın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yataqxana həyatı görməyən tələbə universitetin nə olduğunu çox çətin anlaya bilər: “Mən hesab edirəm ki, növbəti addımlardan biri məcburi köçkünlərə çox yaxşı şərait yaratmaqla onları universitetin yataqxanasından köçürməkdən ibarətdir. Təbii ki, söhbət Bakı şəhəri ərazisinə köçürülməkdən gedir. Bu barədə müzakirələr aparılır. Gündəmdə olan məsələdir. Təəssüflər olsun ki, bəzən mənim bu çıxışımdan nəticə çıxararaq belə düşünürlər ki, universitetin yataqxanalarındakı qaçqınları günü sabah oradan çıxaracaqlar. Bu, belə deyil. Əksinə onların mənzil problemini daha yaxşı həll etmək üçün belə addımlar atılacaq. Əgər bu problem həll olunarsa, universitet tələbələri üçün gözəl bir şərait yaranmış olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR