Bank Of Baku

Rektor: “Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması məsələsinə baxıla bilər”

Rektor: “Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması məsələsinə baxıla bilər”
# 30 oktyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfransda çıxış edən BDU rektoru Abel Məhərrəmov bildirib ki, Gürcüstandan, Almaniyadan, Rusiyadan, Tacikistandan da qonaqların iştirak etdiyi konfransda 800-dən artıq məruzə dinləniləcək: “BDU Şərqin ilk dünyəvi ali məktəbidir, Azərbaycanın ilk ali təhsil ocağıdır. Azərbaycan dövlətçiliyinin inkişafında BDU-nun tarixi xidmətləri var. Bu baxımdan da universitetin yubileyi ümumxalq bayramıdır”.
A. Məhərrəmov deyib ki, yubiley çərçivəsində universitetin müəllimlərinə 300-dən artıq mənzil veriləcək. Rektorun sözlərinə görə, universitetin yubileyi ilə bağlı noyabrın 2-də dövlət səviyyəsində zirvə toplantısı da keçiriləcək: Zirvə toplantısına dünyanın bir sıra ali məktəblərindən qonaqlar gələcək. Dünyanın 20-dən artıq ali məktəblərinin rektorları toplantıda iştirak edəcək. Onların arasında Moskva Dövlət Universitetinin rektoru, Türkiyənin ən aparıcı ali məktəblərinin rektorları da olacaq. Bütövlükdə toplantıya 70-dən artıq nümayəndə heyəti qatılacaq”.

A. Məhərrəmov bildirib ki, yubileylə bağlı universitetə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsinə baxıla bilər: “Bu məsələ təbii ki, gündəmdədir. BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Bu yadigar ağrı-acılı günlər keçirib və şanlı tarix yazıb. Ona görə də onu yaradanların – Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli kimi nurlu insanların xatirəsini həmişə yüksək tuturuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR