Bank Of Baku

“Donuz qripi” əleyhinə aparılacaq dezinfeksiya işləri Bakı ilə yanaşı, Sumqayıt və Gəncə məktəblərini də əhatə edəcək

“Donuz qripi” əleyhinə aparılacaq dezinfeksiya işləri Bakı ilə yanaşı, Sumqayıt və Gəncə məktəblərini də əhatə edəcək
# 30 oktyabr 2009 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Donuz qripi” əleyhinə oktyabrın 31-i, noyabrın 1-i orta ümumtəhsil məktəblərində aparılacaq dezinfeksiya işləri Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhər məktəblərini də əhatə edəcək. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, artıq mərkəz Bakı Şəhər üzrə Təhsil İdarəsindən Bakı məktəbləri haqqında ümumi məlumatı götürüb: “Bakıda 300-dən artıq ümumtəhsil məktəbi dezinfeksiya ediləcək. Bu məktəblərin bir qismi 5 günlük, bir qismi isə 6 günlük məktəblərdir. Noyabrın 3-də dezinfeksiya işlərinin yekunları tam tərtib olunacaq və səhəri gün mətbuata açıqlama veriləcək. Dezinfeksiya işləri soyuq aylarda qrip və yuxarı tənəffüs yollarının xəstəliklərinin artma təhlükəsinin qarşısını almaq üçün həyata keçirilir”.

Z. Kazımovun sözlərinə görə, dezinfeksiya zamanı əsasən bromosept, brilliant, xlor tərkibli digər preparatlardan istifadə ediləcək. Dezinfeksiyanı Bakıda, Gəncə və Sumqayıtda yerləşən dezinfeksiya stansiyalarının nümayəndələri həyata keçirəcəklər. Prosesi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərləri və jurnalistlər də izləyə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR