Bank Of Baku

Marneulidə “Tolerantlığın və Mülki İnteqrasiyanın Milli Konsepsiyası və Mülki Plan” adlı kitabın təqdimat mərasimi keçirilib

Marneulidə “Tolerantlığın və Mülki İnteqrasiyanın Milli Konsepsiyası və Mülki Plan” adlı kitabın təqdimat mərasimi keçirilib
# 30 oktyabr 2009 13:09 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli şəhərində “Tolerantlığın və Mülki İnteqrasiyanın Milli Konsepsiyası və Mülki Plan” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze açıb. Sonra kitabın hazırlanması barədə Gürcüstan reinteqrasiya məsələləri üzrə Dövlət nazirinin müavini Yelena Tevdoradze çıxış edib. Tədbirdə dövlət nazirinin müşaviri Savalan Mirzəyev, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da fikirlərini söyləyiblər.

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze APA-ya açıqlamasında bildirib ki, kitab bu ilin may ayında hökumət tərəfindən təsdiqlənmiş qərardan sonra hazırlanmağa başlayıb: “Kitabda göstərilən konsepsiyalar 5 il ərzində həyata keçməlidir. Əsas məqsədimiz odur ki, Gürcüstanda yaşayan qeyri-gürcü millətləri cəmiyyətimizə inteqrasiya olunsun, həm də azlıqda yaşayan millətlər öz ölkəsinin dövlət quruculuğu işində fəal iştirak etsin”.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəsti ilə hazırlanan kitab, gürcü və Azərbaycan dillərində nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR