Bank Of Baku

Fotoqraflar üçün xüsusi kurs təşkil olunacaq

Fotoqraflar üçün xüsusi kurs təşkil olunacaq
# 30 oktyabr 2009 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə azyaşlı və yeniyetmə (10-15 yaş) fotoqraflar üçün xüsusi kurs təşkil olunacaq. Birlikdən APA-ya verilən məlumata görə, kursları Azərbaycan Fotoqraflar Birliyinin üzvü, bir sıra beynəlxalq fotosərgilərin iştirakçısı və uşaq, yeniyetmələrlə işləmək təcrübəsinə malik olan Sevinc Aslanova aparacaq. Nəzəri və praktik hissələrdən ibarət olacaq kursları bitirənlər Azərbaycan Fotoqraflar Birliyində keçirilən fotosərgidə iştirak edəcək və sertifikat alacaqlar. Kurs üç ay ərzində həftənin bazar günləri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR