Bank Of Baku

Gənclər və İdman Nazirliyinin yeni pulsuz telefon məlumat sistemi istifadəyə verilib

Gənclər və İdman Nazirliyinin yeni pulsuz telefon məlumat sistemi istifadəyə verilib
# 30 oktyabr 2009 15:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin (GİN) yeni pulsuz telefon məlumat sistemi istifadəyə verilib. GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA-ya bildirib ki, 119 saylı yeni telefon məlumat sistemi gənclər və idman sahəsində ən çox verilən sualları cavablandırmağa xidmət edəcək. Telefon məlumat sisteminə gənclər və idman siyasəti, nazirliyin strukturu, federasiyalar, olimpiya kompleksləri, idman qurğuları, gənclər təşkilatları barədə məlumatlar daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR