Bank Of Baku

Azərbaycanlı şərqşünas Türkiyədə mükafata layiq görülüb

Azərbaycanlı şərqşünas Türkiyədə mükafata layiq görülüb
# 30 oktyabr 2009 21:58 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun qərarı ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «Türk filologiyası» şöbəsinin müdiri, filologiya elmləri namizədi Xalidə Quliyeva-Qafqazlı «Türk Xalq Mədəniyyətinə Xidmət mükafatı»na layiq görülüb.

APA-nın məlumatına görə, mükafat X.Quliyeva-Qafqazlıya bu ilin dekabrında təqdim ediləcək.

Qeyd edək ki, 1955-ci ildə professor Mehmed Fuad Körpülü və o dövrün universitet müəllimləri tərəfindən təsis edilmiş Xalq Mədəniyyəti Araşdırmaları Qurumu bu sahədə tədqiqat işləri aparmaqla yanaşı, Türkiyədən xaricdə də türk xalq mədəniyyəti ilə bağlı aparılan tədqiqatları yaxından izləyir. Qurumun 1981-ci ildən bəri təqdim etdiyi «Türk Xalq Mədəniyyətinə Xidmət mükafatı» şifahi xalq ədəbiyyatını öyrənən elmi mühitdə «Folklor Oskarı» kimi səciyyələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR