Bank Of Baku

Qazaxıstanda “MDB iştirakçı dövlətləri gənclərlə iş üzrə şurası”nın II iclası keçirilib

Qazaxıstanda “MDB iştirakçı dövlətləri gənclərlə iş üzrə şurası”nın II iclası keçirilib
# 31 oktyabr 2009 08:05 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Qazaxıstanın Astana şəhərində keçirilən “MDB iştirakçı dövlətləri gənclərlə iş üzrə şurasının” II iclası və MDB siyasi partiyalarının gənclər təşkilatları liderlərinin görüşü başa çatıb. APA-nın Qazaxıstan və Mərkəzi Asiya müxbirinin məlumatına görə, Azərbaycanı bu tədbirlərdə Azərbaycan Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov, BMT-nin Cənubi Qafqazda Narkotiklərə nəzarət Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev təmsil ediblər.
Qazaxıstanın Nur Otan Partiyasının “Jas Otan” gənclər təşkilatı, “Parlamentin Gənclər Məclisi”ndə keçirilən görüşlərdə iştirakçı dövlətlərin nümayəndələri olan ziyalılar, deputatlar MDB və Şanxay Əməkdaşlıq Şurası tərkibində gənclərin məşğulluğu barədə müzakirələr aparılıb. Qazaxıstan Parlamentində keçirilən görüşdə MDB İştirakçı Dövlətləri Gənlərin Parlamentlərarası Assambleyasının yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR