Bank Of Baku

Orta məktəblərdə “donuz qripi” əleyhinə dezinfeksiya işlərinə start verilib

Orta məktəblərdə “donuz qripi” əleyhinə dezinfeksiya işlərinə start verilib
# 31 oktyabr 2009 08:05 (UTC +04:00)
APA-nın məlumatına görə, səhər saat 10.00-dan etibarən paytaxtın müxtəlif rayonlarının dezinfeksiya stansiyalarının işçiləri tədrisi 5 günlük olan məktəblərdə dezinfeksiya işlərinə start veriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, dezinfeksiya işləri paytaxtın 11 rayonunda yerləşən 326 məktəbin təxminən yarısında aparılacaq. Prosesə BŞTİ rəsmiləri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri, məktəb direktorları nəzarət edir. Z. Əliqızı bildirib ki, həftənin birinci günü orta məktəblərdə dərslər öz axarı ilə davam edəcək: “Amma bir daha valideynlərin nəzərinə çatdırıram ki, övladlarında qrip əlamətləri hiss etsələr, onları məktəbə buraxmasınlar və dərhal həkimə müraciət etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR