Bank Of Baku

Bölgələrdəki məktəblərdə də “donuz qripi” əleyhinə dezinfeksiya işləri aparılacaq

Bölgələrdəki məktəblərdə də “donuz qripi” əleyhinə dezinfeksiya işləri aparılacaq
# 31 oktyabr 2009 09:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “A/H1N1 virusu ilə bağlı hər hansı təhlükə olarsa, gücləndirilmiş iş rejiminə keçib lazımı tədbirləri davam etdirəcəyik”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. M. Mərdanov bildirib ki, Səhiyyə Nazirliyi artıq Bakıda yerləşən ümumtəhsil məktəblərində dezinfeksiya işlərinə başlayıb: “Məktəblərdə dezinfeksiya işlərinə başlanması yaxşı haldır. Bu, şagird və müəllimlərin sağlamlıqlarını qorumaq üçün görülən tədbirlərdən biridir”.

Nazir deyib ki, dezinfeksiya işləri Bakıda əhalinin sıx olduğu ərazilərində də aparılır: “Bu işlərin bölgələrdə olan məktəblərdə də aparılması planlaşdırılır. Yaxşı ki, aidiyyəti orqanların gördüyü tədbirlər nəticəsində hələlik Azərbaycanda “donuz qripi” təhlükəsi yoxdur. Ümid edirəm ki, bundan sonra da heç bir təhlükə olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR