Bank Of Baku

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisədən sonra təhsil müəssisələrinin mühafizəsi gücləndirilib

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisədən sonra təhsil müəssisələrinin mühafizəsi gücləndirilib
# 31 oktyabr 2009 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda olan 4500 məktəbin hamısının mühafizəsini təşkil etmək asan iş deyil”. APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, buna baxmayaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə iş aparılır: “Ola bilər ki, bəzi kiçik məktəblər mühafizələrini öz hesablarına təmin etsinlər. Lakin hər bir halda təhsil müəssisələrinin mühafizəsi Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən hadisədən sonra gücləndirilib. Ümid edirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR