Bank Of Baku

Bakıda Malaziya universitetlərinin təhsil sərgisi açılıb

Bakıda Malaziya universitetlərinin təhsil sərgisi açılıb
# 31 oktyabr 2009 09:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda “Exhibitions Promotion and Managment” (EXPAM) və Bakı Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Malaziya universitetlərinin təhsil sərgisi başlayıb. APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib ki, Malaziyada ali təhsilin səviyyəsi yüksəkdir: “Bu səbəbdən də Malaziyada ali təhsil almağı xaricdə təhsil siyasətinin tərkib hissəsinə daxil etmişik”.

Nazir ötən dərs ilinin sonunda Malaziyada səfərdə olduqlarını da deyib: “Bu ölkənin bir neçə təhsil müəssisəsi ilə tanış olduq. Belə qərara gəldik ki, Malaziya universitetlərini Azərbaycanda tanıtmaq lazımdır. Bu sərgi də danışıqlarımızın nəticəsidir. Malaziyaya səfər zamanı doktorluq pilləsini bitirmiş iki Azərbaycan vətəndaşı ilə tanış olduq. Hazırda isə prezident təqaüdü alan iki tələbəmiz Malaziyada təhsil alır. Əgər Malaziyadan da Azərbaycanda ali təhsil almaq üçün gəlsələr, böyük məmnuniyyətlə qəbul etməyə hazırıq”.

M. Mərdanov Malaziyada təhsil alan azərbaycanlı tələbələrin sayını artırılmasını zəruri hesab edib: “Gələcəkdə Azərbaycanın ali təhsil sərgisinin Malaziyada keçirilməsini də planlaşdırırıq”.

Malaziya təhsil nazirinin müavini xanım Siti Hamisah isə bildirib ki, əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi sərgilərin keçirilməsi zəruridir. O, tələbə mübadiləsinin əhəmiyyətindən də danışıb. Xanım Hamisah deyib ki, Malaziyada 65 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 5-i isə dünyanın 100 ən yaxşı universitetləri siyahısına daxil edilib. Nazir müavini təhsil sahəsində əlaqələrin inkişaf edəcəyini də söyləyib.

Qeyd edək ki, təhsil sərgisi 31 oktyabr 1 noyabr tarixlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR